...

Türk əsilli belçikalı millət vəkili 1915-ci il hadisələrinə görə partiyasından xaric edildi

Siyasət Materials 30 May 2015 10:11 (UTC +04:00)
Türk əsilli belçikalı millət vəkili Mahinur Özdəmir 1915-ci il hadisələrinə “soyqırım” demədiyi üçün üzv olduğu Demokratik Humanist Mərkəz Partiyasından xaric edilib.
Türk əsilli belçikalı millət vəkili 1915-ci il hadisələrinə görə partiyasından xaric edildi

Azərbaycan, Bakı, 30 may /Trend/

Türk əsilli belçikalı millət vəkili Mahinur Özdəmir 1915-ci il hadisələrinə "soyqırım" demədiyi üçün üzv olduğu Demokratik Humanist Mərkəz Partiyasından xaric edilib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, M.Özdəmir partiya tərəfindən 1915-ci il hadisələrinin "soyqırım" kimi qəbul edilməsi ilə bağlı fikrini bildirərək, həmin dövrdə yaşananların soyqırım olmadığını bildirib və bundan sonra partiya üzvlərinin kəskin etirazı ilə üzləşib.

O, qeyd edib ki, hər kəsin öz fikrini açıq şəkildə ifadə etmək hüququ var və o bu hüququndan istifadə edərək 1915-ci il hadisələrini "soyqırım" kimi əsla qəbul etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti