...

İran Parlamentinin üzvü: Amerika özünə tabe olan ölkələrdə baş verənləri qanuni hesab edir

Siyasət Materials 27 İyun 2015 15:53 (UTC +04:00)
Qərb ölkələri xüsusilə Amerika özlərinə tabe olan və maraqlarına uyğun gələn ölkələrdə baş verən hər hansı bir hərəkətləri insan haqlarına zidd olmuş olsa belə, onların mənafeyini təmin etdiyi üçün qanuni hesab edirlər.
İran Parlamentinin üzvü: Amerika özünə tabe olan ölkələrdə baş verənləri qanuni hesab edir

İran, Tehran /Trend, müxbir Təmkin Cəfərov/

Qərb ölkələri xüsusilə Amerika özlərinə tabe olan və maraqlarına uyğun gələn ölkələrdə baş verən hər hansı bir hərəkətləri insan haqlarına zidd olmuş olsa belə, onların mənafeyini təmin etdiyi üçün qanuni hesab edirlər. Bunu Trend-ə İran Parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi Məhəmməd Saleh Cokar Ermənistanda son günlər baş verən hadisələrə, mitinq zamanı insan haqlarının pozulmasına Qərb ölkələrinin reaksiya verməməsinin səbəbləri haqqında sualın cavabında bildirib.

M.S.Cokar bildirib ki, Qərb ölkələri ilə yaxın olan ölkələrdə xalqa qarşı təzyiqlər və güc tətbiq olunsa belə, onlar bu təzyiqləri insan haqları və demokratiya kimi qələmə verirlər: "Lakin onların maraqlarını təmin etməyən ölkələrlə bağlı bu belə deyil".

Onun sözlərinə görə, Qərb ölkələri insan haqları, təzyiqlər, terror kimi məsələlərdə bu gün ikili siyasət yürüdür və ayrıseçkilik edirlər. "Onlar bu kimi vasitələrdən öz mənafeləri uğrunda istifadə edirlər, insanların və xalqların mənafeyi yönündə deyil. Bu gün təəssüflər olsun ki, bəzi ölkələr insan haqlarından danışırlar, amma özləri insan haqlarını kobud şəkildə pozurlar. Amerika insan haqları sahəsində ən çox iddialı ölkələrdən biridir, həmçinin dünyada terrorçu yetişdirən və insan haqlarını pozan qabaqcıl ölkəelə Amerikanın özüdür."

O əlavə edib ki, bu gün Amerikada hər hansı bir terror hərəkəti baş verərsə, Qərb ölkələrinin KİV-ləri öz xəbərləri ilə dünyanın qulağını kar edər, lakin minlərlə insan bu gün onların himayə etdiyi terrorçu qruplar tərəfindən öldürülür və bu onlar üçün adi bir məsələdir və bu hərəkətləri tənqid belə etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti