...

Fuad Muradov ukraynalı deputatın hərəkətini qudurğanlıq adlandırdı

Siyasət Materials 27 İyun 2015 15:30 (UTC +04:00)
Ukrayna Ali Radasının “Pyotr Poroşenko bloku”ndan olan deputatıı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Vladimir Aryevin AŞPA-da çıxışı zamanı Ermənistandakı etiraz aksiyalarına münasibət bildirərkən azərbaycanlıları da “öz avtoritar hakimiyyətlərini devirməyə” çağırması Azərbaycanın dövlət rəsmiləri tərəfindən ciddi etirazla qarşılanıb.
Fuad Muradov ukraynalı deputatın hərəkətini qudurğanlıq adlandırdı

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Ukrayna Ali Radasının "Pyotr Poroşenko bloku"ndan olan deputatıı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Vladimir Aryevin AŞPA-da çıxışı zamanı Ermənistandakı etiraz aksiyalarına münasibət bildirərkən azərbaycanlıları da "öz avtoritar hakimiyyətlərini devirməyə" çağırması Azərbaycanın dövlət rəsmiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Trend-in məlumatına görə, "Avronest" Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, Milli Məclisin deputatı Fuad Muradov jurnalistlərə açıqlamasında Vladimir Aryevin Azərbaycan hakimiyyəti ilə bağlı çıxışlarını Ukrayna siyasətinin yarıtmaz fəaliyyətinin nəticəsi kimi qiymətləndirib:

"Təəssüf edirəm ki, bu gün Ukrayna siyasəti və Ukrayna siyasətini yürüdənlər çox səriştəsiz şəxslərdir. Biz bundan qayğılanırıq. Çünki Ukrayna siyasətini yürüdənlər kimə, nəyə xidmət etdiklərinin fərqində deyillər. Hesab edirəm ki, bu cür çıxışlar Ukraynanın gələcəyi üçün yaxşı şeylər vəd etmir".

F.Muradovun sözlərinə görə, Azərbaycan Ukraynaya həmişə təkcə sözdə yox, əməldə də dəstək verib. Onun ərazi bütövlüyünü dəstəkləyib.Azərbaycan və Ukrayna xalqlarının bütün illər ərzində dostluq münasibətlərində olduğunu qeyd edən deputat bildirib: "Mən düşünürəm ki, Vladimir Aryevin bu çıxışının xalqların qarşılıqlı münasibətlərinə heç bir təsiri olmayacaq. Tarixin çətin dönəmlərində bu iki xalq bir yerdə olub".

F.Muradov bildirib ki, hazırda yürüdlən səriştəsiz siyasət Ukraynanı uçuruma aparacaq. F.Muradov xatırladıb ki, artıq Ukraynanın Azərbaycandakı səfirliyi Vladimir Aryevin Azərbaycana dair fikirləri ilə bağlı bəyanat yayaraq, onun qalmaqallı çıxışını şəxsi mövqe kimi qiymətləndirib. Eyni zamanda, Ukrayna Ali Radasının bir qrup deputatı Vladimir Aryevin Azərbaycanla bağlı bəyanatına görə ölkəmizdən üzr istəyiblər.

Fuad Muradov deyib ki, başqa bir ölkənin parlament üzvünün haqqı yoxdur ki, Azərbaycanda çevrilişə çağırış etsin. Hətta hansısa beynəlxalq təşkilatda təmsil olunursa belə, bu, ona belə səlahiyyət vermir.
Bütün bunlar isə onu göstərir ki, ukraynalı parlamentari özfəaliyytələ məşğul olub. F.Muradov Vladimir Aryevin əməlini qudurğanlıq kimi qiymətləndirib.

F.Muradov həmçinin ölkəmizin regionda liderliyindən də söhbət açıb:

"Azərbaycanla bağlı danışmaq lazım gəlirsə, Cənubi Qafqazda hansı ölkənin lider olduğuna diqqət etmək lazımdır. Bu liderlik varlıqla deyil, inkişafla ölçülür. Azərbaycanın Cənubi Qafqazda lider olmasını bütün dünya qəbul edir. Azərbaycan nəinki Cənubi Qafqaz, həm də Şərqi Avropada inkişaf etmiş ölkələr sırasındadır. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü çoxşaxəli siyasət nəticəsində əldə edilmiş uğurlardır. Hesab edirəm ki, bu uğurlar əbədi olacaq. Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərinə çatacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti