...

Əli Kərimlinin AXCP-si dağılır: daha bir qrup üzv partiyadan istefa verdi

Siyasət Materials 24 Avqust 2015 14:48 (UTC +04:00)
AXCP-nin Sumqayıt şəhər təşkilatının bir qrup üzvü AXCP-dən istefa verərək partiya sədrinin sabiq müavini Razi Nurullayevin formalaşdırdığı AXCP-yə qoşulduqları barədə bəyanat yayıblar.
Əli Kərimlinin AXCP-si dağılır: daha bir qrup üzv partiyadan istefa verdi

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Elçin Mehdiyev/

AXCP-nin Sumqayıt şəhər təşkilatının bir qrup üzvü partiyadan istefa verib. İstefa verənlər partiya sədrinin sabiq müavini Razi Nurullayevin formalaşdırdığı AXCP-yə qoşulduqları barədə bəyanat yayıblar.

Trend-ə daxil olan bəyanatda Əli Kərimlinin apardığı diktator siyasəti pislənilib. Bəyanatı Şakir Məmmədov Məmmədyar Məmmədov, Bəhrəm Qasımov, İmran Muradxanov, Mübariz Ağaməmmədov, Əvəz Məmmədov, Allahverdi Zeynalov, Rövşən Muradov və Elşən Muradov imzalayıblar.

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıb. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədirliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti