...

Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun, amma ..."

Siyasət Materials 5 Sentyabr 2015 15:01 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin Nərimanov rayon şöbəsinin bərpa konfransı keçrilib.
Razi Nurullayev: "Əli Kərimli getsin kral olsun, amma ..."

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin Nərimanov rayon şöbəsinin bərpa konfransı keçrilib.

Trend-in məlumatına görə, AXCP Etimad Qurultayı TK-nın rəhbəri Razi Nurullayev bildirib ki, əgər bir siyasətçi uğursuzdursa, apardığı siyasətin nəticəsi yoxdursa, o siyasətçi özündə güc tapıb istefaya getməlidir: "Mən bir müddət əvvəl AXCP-dən istefa verməyə məcbur edildim. Bu müddət ərzində oradan qovulmuş, getməyə vadar edilmiş cəbhəçilərlə, keçmiş hərəkatçılarla söhbət apardım və belə bir nəticəyə gəldik ki, yeni bir partiya yaratmaq lazım deyil. Nəticəsiz olacaq. Ona görə də mövcud partiyalara resurs qoymaq və onları dirçəltmək lazımdır".

Daha sonra Əli Kərimliyə səslənən R.Nurullayev onu sağlam mübarizəyə çağırıb: "Əli Kərimliyə səslənirəm. AXCP-nin ümumi qurultayı olsun, biz də özümüzü buraxaq. Əli Kərimli də sədrliyə namizədliyini verməsin. Əli Kərimli getsin özünü lider, imperator elan etsin, lap kral olsun. Amma AXCP sədrliyindən getsin, cəbhəçilər rahatlıq tapsın, biz qurultayımızı keçirək. Kim qalib gələcəksə, o da partiyanın sədri olsun. Normal sədr seçilsin".

Sonra seçki keçirilib. Səsvermə nəticəsində Şirvani Qasımov AXCP Etimad Qurultayı TK-nın Nərimanov rayon şöbəsinin sədri, Mikayıl Quliyev Ali Məclisin üzvü, Səbuhi Fərzəliyev, Maarif Mehdiyev, Əfsun Bayramov, Mikayıl Quliyev Nəzarət-Təhqiqat Komitəsinin üzvləri, Şirvani Qasımov, Mikayıl Quliyev, Ələkbər Səfərov, Səbuhi Fərzəliyev isə Qurultaya nümayəndə seçiliblər.

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti