...

Xəzərin statusu üzrə işçi qrupu kommunike qəbul edib

Siyasət Materials 10 Sentyabr 2015 20:02 (UTC +04:00)
Sentyabrın 8-10-da Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun 41-ci iclası keçirilib.
Xəzərin statusu üzrə işçi qrupu kommunike qəbul edib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Sentyabrın 8-10-da Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun 41-ci iclası keçirilib.

Trend-in məlumatına görə, danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər.

Konvensiya layihələrinin müzakirəsi zamanı əsas diqqət başlanğıc nöqtələrinin müəyyən edilməsi metodikasına, Xəzərdə dənizçilik rejiminin yaradılması və dəniz elmi araşdırmaların aparılmasına ayrılıb. Konvensiya layihəsinin mətni ilə bağlı irəliləyiş qeydə alınıb.

Ekspertlərin fikir mübadiləsi işçi qrupunun növbəti iclasında davam edəcək.

Xüsusi işçi qrupunun növbəti iclası Qazaxıstanda keçiriləcək. İclasın vaxtı diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti