...

AXCP-nin daha üç şöbəsi Əli Kərimlinin sədrliyinə qarşı çıxdı

Siyasət Materials 21 Sentyabr 2015 12:57 (UTC +04:00)
AXCP-nin daha üç rayon şöbəsi Əli Kərimlinin sədrliyinə qarşı çıxıb.
AXCP-nin daha üç şöbəsi Əli Kərimlinin sədrliyinə qarşı çıxdı

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

AXCP-nin daha üç rayon şöbəsi Əli Kərimlinin sədrliyinə qarşı çıxıb.

Trend-in məlumatına görə, Ə.Kərimlinin sədrliyindən narazı olan Qəbələ, Ağsu, Qazax şöbələri konfrans keçirərək AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayevi dəstəkləyiblər.

Rayon cəbhəçiləri Ə.Kərimlinin sədrliyini istəmədiklərini bildiriblər.

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti