...

Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı

Siyasət Materials 28 Sentyabr 2015 10:30 (UTC +04:00)
Əfsuslar ki, AXCP-nin Əli Kərimli qanadı növbəti bir siyasi şouya əl atdı. Əli Kərimli növbəti dəfə sədr seçilməklə Azərabycan siyasi səhnəsinə çox pis nümunə gətirmiş oldu.
Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Əfsuslar ki, AXCP-nin Əli Kərimli qanadı növbəti bir siyasi şouya əl atdı. Əli Kərimli növbəti dəfə sədr seçilməklə Azərbaycan siyasi səhnəsinə çox pis nümunə gətirmiş oldu. O sübut etdi ki, onun xalq və millət haqqında danışdıqları quru pafosdan başqa bir şey deyil".

Bunu Trend-ə AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayev AXCP-nin Əli Kərimlinin rəhbərlik etdiyi qanadının ötən gün keçirilən qurultayını şərh edərkən deyib.

R.Nurullayev deyib ki, 25 illik nəticəsiz siyasət aparan, heç bir siyasi uğuru olmayan Əli Kərimli yenidən dörd illik partiyanın sədri seçildi: "Siyasi həyatımda ən absurd siyasi bir qərarın şahidi oldum. O, sədr seçilməməli idi. Yerini daha gənc və perspektivli birinə verməli idi. Əslində, Əli Kərimlinin yeniən sədr seçilməsi ictimai rəyin və demokratik düşüncənin üzünə atılan bir tüpürcək idi. O buna da getdi. Amma sədr seçilməsi onu xilas edə bilməyəcək. Xalq ondan ayrı düşüb və az-çox tərəfdarları da ondan ayrılacaq. Oktyabr ayında keçirəcəyimiz möhtəşəm qurultayla cəmiyyətə gözəl bir mesaj ünvanlamış olacağıq. Düşünürəm ki, artıq siaysətçilər də onu boykot edəcək".

R.Nurullayev qeyd edib ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP qanadının qurultayında Azərbaycanın siyasi səhnəsində fəal fəaliyyət göstərən və hörmətə layiq şəxslərdən heç kim yox idi: "O öz ətrafında "fırlatdığı" bir neçə nəfərə özünə tərif dedizdirib, hiyləgər-hiyləgər gülümsədi. Amma başa düşmədi ki, hər kəs gördü ki, o təkdir. Bundan sonra isə daha da təklənəcək".

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsini yaradıblar. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti