Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 24-cü maddəsində "uçotdan" sözü "qeydiyyatdan" sözü ilə əvəz edilsin və həmin maddəyə "qeydiyyata" sözündən əvvəl "xüsusi" sözü əlavə edilsin.