...

Elmar Məmmədyarov fransalı həmkarına başsağlığı verdi: Terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmalıdır

Siyasət Materials 14 Noyabr 2015 13:00 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarı Loran Fabiusa başsağlığı məktubu göndərib.
Elmar Məmmədyarov fransalı həmkarına başsağlığı verdi: Terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmalıdır

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə törədilmiş terror aktları ilə əlaqədar Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Loran Fabiusa başsağlığı məktubu göndərib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktubda E.Məmmədyarov baş vermiş faciə ilə əlaqədar Fransa xarici işlər nazirinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilədiyini bildirib.

E.Məmmədyarov Azərbaycanın terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pislədiyini qeyd edərək, ona qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti