...

Deputat: Nardarandakı proseslər xarici qüvvələrin təsiri altında baş verib

Siyasət Materials 2 Dekabr 2015 18:06 (UTC +04:00)
Nardarandakı proseslər xarici qüvvələrin təsiri altında baş verib.
Deputat: Nardarandakı proseslər xarici qüvvələrin təsiri altında baş verib

Bakı. Elmir Murad - Trend:

Nardarandakı proseslər xarici qüvvələrin təsiri altında baş verib. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Onun sözlərinə görə, xarici qüvvələr hər zaman Azərbaycanda belə təxribatlar törətmək istəyir: "Amma bütün bunların qarşısını almaq üçün Azərbaycanın kifayət qədər gücü var".

Millət vəkili hesab edir ki, Azərbaycanda ibadət edən insanların hamısının ən yüksək səviyyədə hüquqlarından istifadə etməsinə şərait yaradılıb: "Yalançı simvollar, müxtəlif bayraqlar, müxtəlif şüarlar dövlətin imicinə böyük xələl gətirir. Bu nöqteyi-nəzərdən belə halları pisləyirəm. Azərbaycanda həm vicdan azadlığı, həm də dini etiqad azadlığı var. Bizim qanunvericilik bazamız var. Azərbaycanda ibadət edən, düzgün həyat tərzi keçirən insanlara heç kəs güldən artıq söz deyə bilməz. Ona görə də ibadət etmək istəyən insanlar sərbəst şəkildə bu hüquqlarından istifadə edirlər".

Ü.Quliyevin sözlərinə görə, insanlar onlar üçün yaradılmış şəraitdən düzgün istifadə etməlidirlər. Bundan sui-istifadəyə yol verilə bilməz: "Din adı altında başqa işlər görmək, başqa xarici qüvvələrə xidmət etmək qəbuledilməzdir. Əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı buna qarşı olmalıdır, bu cür məsələlərə öz mənfi fikirini bildirməlidir. Hər bir şəxs aid olduğu sahələr üzrə hər zaman dövlətçiliyimizin, müstəqilliyimizin yolunda xidmətə hazır olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti