...

Azərbaycan və Rusiya hərbi sahədə əməkdaşlıq planını imzaladılar

Siyasət Materials 23 Dekabr 2015 16:00 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Azərbaycan və Rusiya hərbi sahədə əməkdaşlıq planını imzaladılar

Bakı. Trend:

Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti