Prezident İlham Əliyev: Neftin qiyməti çox aşağı səviyyədə olsa da, gələn il bütün sosial proqramlar icra ediləcək

Prezident İlham Əliyev: Neftin qiyməti çox aşağı səviyyədə olsa da, gələn il bütün sosial proqramlar icra ediləcək

Bakı. Trend:

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və artıq bina istismara hazırdır. Binada gözdən əlillər üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılıb. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması üçün müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunub.

Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.

Prezident İlham Əliyev dedi: "Salam, sabahınız xeyir. Sizi ürəkdən salamlayıram. Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzillərə köçürsünüz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dövlət tərəfindən sizə belə gözəl hədiyyə verilir. Gözəl binadır".

Sakinlər: "Çox sağ olun, biz də Sizi təbrik edirik. Bu, çox gözəl bir gündə bizə hədiyyə oldu".

Prezident İlham Əliyev: "Əlbəttə, çox gözəl bina tikilibdir, 132 mənzildən ibarət binadır. Mənzillərin hamısı təmir olunub, bütün lazımi şərait yaradılıb ki, siz burada rahat yaşayasınız. Bu, gözdən əlillər üçün tikilmiş xüsusi bir binadır. Sizdən başqa burada heç kim yaşamayacaq. Bu, bir daha ölkəmizdə aparılan güclü sosial siyasətin əlamətidir. Çünki dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bilirsiniz ki, son illər ərzində müharibə əlilləri, şəhid ailələri üçün minlərlə evlər tikilib. 5200 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən evlə təmin edilib. Eyni zamanda, onlara 5 mindən artıq minik avtomobil verilmişdir.

Deyə bilərəm ki, Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir.

Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Onlar işlə təmin olunsunlar, onlar üçün yaxşı şərait yaradılsın, bax belə gözəl binalar tikilsin. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilsin".

Prezident qeyd edib ki, dövlət öz üzərinə düşən vəzifəni icra edir: "Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır. Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə, bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim onu göstərir ki, biz düzgün yoldayıq.

Bu yaxınlarda Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri, müharibə əlilləri üçün tikintisi nəzərdə tutulan evin inşasına görə 10 milyon manat əlavə vəsait ayrılıbdır. Nazirlər Kabineti də yaxın vaxtlarda ən azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edibdir. Büdcə xərcləri, büdcə gəlirləri azalıbdır. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşibdir. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıbdır. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaqdır. Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var.

Mən sizi bu gözəl hadisə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. İstəyirəm ki, siz bu gözəl evdə rahat yaşayasınız".

Sakinlər: "Allah razı olsun, çox sağ olun. Allah Sizi dövlətimizin, bizim başımızın üstündən əksik etməsin".

Sakin Tofiq Balayev: "Biz də Sizi ad gününüz münasibətilə burada ev alan əlillərin adından, bütün gözdən əlillərin adından təbrik edirik. Sizin yüksək diqqət və qayğınız nəticəsində bizim üçün 132 mənzilli bina tikilib və biz gözdən əlillər mənzillərlə təmin olunuruq. Yəni, ailə vəziyyətimiz, ailə şəraitimiz yaxşılaşır. Bununla bağlı biz Sizə bu işdə kömək olan, bizə dəstək olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Pensiya, işlə təminat məsələlərinə toxundunuz. İnşallah, gələcəkdə Sizin dəstəyiniz nəticəsində bunların hamısı öz həllini tapar. Sizi bir daha təbrik edirik".

Qadın sakin: "Mehriban xanımı da təbrik edirik. Mehriban xanım bizim qayğımıza çox qalır, Allah ondan da razı olsun".

Prezident İlham Əliyev: "Sağ olun, gəlin, mən sizə orderləri təqdim edim".

X X X

Dövlətimizin başçısı mənzillərin orderlərini sakinlərə təqdim etdi.

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular. Binadakı 132 mənzildən 22-si üç, 44-ü iki, 66-sı isə bir otaqlıdır. Burada sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, son illərdə Azərbaycanın iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Nərimanov rayonunda gözdən əlillər üçün yeni binanın istifadəyə verilməsi də bu kateqoriyadan olan insanlara dövlətimizin başçısının göstərdiyi qayğının bariz nümunəsidir. Hazırda gözdən əlillərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların informasiya-kommunikasiya texnologiyalarından istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə 2014-2015-ci illərdə 100-ə yaxın belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin binası inşa olunur. Burada həm peşə tədrisinin, həm də tibbi xidmətin təşkili üçün müvafiq şərait yaradılacaq.

X X X

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və 8 saylı tibbi sosial ekspert komissiyasının yeni inzibati binasının açılışında iştirak etdilər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud insanlara göstərdikləri qayğını və onlarla keçirilən görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Onu da deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tibbi-Sosial Ekspert komissiyalarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər aparılır. Artıq nazirliyin bütün ekspert komissiyaları müasir iş şəraiti və tibbi avadanlıqla, müayinə cihazları ilə təmin olunublar. Burada da komissiyanın normal fəaliyyət göstərməsi üçün hər cür şərait var. Bina ekspertiza cihazları, məişət avadanlığı ilə tam təmin olunub. Yeni binada yaradılan şərait əlillik müayinələrinin aparılmasına, eləcə də müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə xidmət edir. Bu isə əlillik təyinatı prosesində şəffaflığın təmin olunmasına, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsinə imkan yaradacaq.

Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi də müasir texniki avadanlıqla təchiz olunub. Mərkəzdə vətəndaşların müraciətlərinə baxılması üçün zəruri şərait var. Bu da müraciətlərə baxılmasında şəffaf iş rejiminin təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi - VEMTAS üzrə görülən işlərlə bağlı da məlumat verildi. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Belə ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan yox, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VEMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək.

Dövlətimizin başçısına məlumat verildi ki, Respublika Gözdən Əlillər Cəmiyyəti də bu binada fəaliyyət göstərəcək. Zirzəmi hissəsi Cəmiyyətin istehsalat sahəsi üçün nəzərdə tutulub. Binanın aşağı mərtəbələrində isə gözdən əlillərin asudə vaxtlarda mənalı istirahəti, habelə onlarla bağlı ictimai-mədəni tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb, ətrafda abadlıq işləri aparılıb.

Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Aİ-nin videokonfransında Ermənistan nümayəndəsinin provokasiyasına cavab verilib (FOTO)
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
Yelo Bank ordumuza dəstək aksiyalarına davam edir (FOTO)
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır - Elman Rüstəmov
Loading Bars
Xəbər lenti
Ermənistanın təxribatları nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb - Baş Prokurorluq
Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN
Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi
Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov
Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir - XİN
Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov
Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib
Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir - Leyla Abdullayeva
Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir
Erməni təcavüzü nəticəsində Azərbaycanda neçə dini obyekt zərər görüb? - RƏSMİ
Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI (FOTO)
Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib (FOTO)
Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
Cenevrə görüşlərinin keçirildiyi gün Azərbaycanın rayonlarına 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırıb
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - MN
Azərbaycanda 1095 nəfər COVID-19-a yoluxdu, 547 nəfər sağaldı, 12 nəfər vəfat etdi
Ermənistanın terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələr və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb
İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb
Ermənistanın mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır - Aydın Quliyev
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)
Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib (FOTO)
Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq - Rus icmasının sədri ( FOTO)
Tailandda erməni terrorunun qurbanları yad edilib (FOTO)
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət edib
Azərbaycan Prezidenti: Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır
Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verilib (FOTO)
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir - Prezidentin köməkçisi
Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır - Politoloq
Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev
Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti onun son ümidlərindən biridir - Ekspert
Azərbaycan Prezidenti: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur
Azərbaycan Prezidenti: Müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin
Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz
Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq
Prezident İlham Əliyev: Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir
İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır- MN
Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq
Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik
Ermənistandan pomidor idxalı dayandırıla bilər - Rusiya xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır
Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik
Prezident İlham Əliyev: Bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi
Azərbaycan Prezidenti: Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik
Prezident İlham Əliyev: Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi (FOTO)
Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri
Noyabrın ilk günü hava necə olacaq?
Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)
Ceyhun Bayramov: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
Ermənistana təhvil verilmiş 85 yaşlı qadın bu ölkədə psixoloji və fiziki işgəncələrə məruz qalıb - Hikmət Hacıyev
Ermənistanda növbəti antirekord: Koronavirusdan bir gündə 41 nəfər öldü
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
Bakı sakini küçədə bıçaqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - MN
Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır - Hikmət Hacıyev
Ceyhun Bayramov BQXK-nın baş direktoru Roberto Mardini ilə görüşüb
Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN
Abşeronda ər arvadını xüsusi amansızlıqla öldürdü
Gürcüstanda parlament seçkiləri keçirilir
Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır
Düşmənin saxta xəbərlərini şikayət edə biləcəyiniz sayt yaradılıb
İzmirdə daha bir zəlzələ
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb
Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub
Braziliyada bir gündə koronavirusa 22 282 nəfər yoluxub
Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - MN
Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur - MN
Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb
Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub - MN
Bakıda beşmərtəbəli binanın şaxtasında yanğın olub
Azərbaycan parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Norveçdə 5,6 bal gücündə zəlzələ olub
İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, bombacıq, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 322 mini keçib
ATƏT-in Minsk Qrupu Cenevrə görüşü ilə bağlı bəyanat yayıb
Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan XİN rəhbəri ilə görüşü başa çatıb
Moskvada koronavirusdan daha 55 nəfər ölüb
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
"FranckMuller" saatlarının banisi Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub - Hikmət Hacıyev
Bu gün Azərbaycan heç bir beynəlxalq hüququ tanımayan azğın Ermənistanla üz-üzədir - Deputat
Ekstremist "Zouaves Paris" qruplaşmasının rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşüb (FOTO)
"Modern Diplomacy"də Ermənistanın Dağlıq Qarabağın mədəni irsini məhv etməsi ilə bağlı məqalə dərc edilib
Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - MN (VİDEO)
Sahibə Qafarova İzmirdəki zəlzələ ilə əlaqədar türkiyəli həmkarına zəng edib (FOTO)
"Formula-1"də daha 9 nəfərdə koronavirus aşkarlanıb
Respublika Seysmoloji Xidmət Mərkəzi İzmirdə baş verən zəlzələ ilə bağlı müşahidələri davam etdirir
Bütün xəbərlər