...

Bahar Muradova: YAP qadınları Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil edirlər

Siyasət Materials 28 Dekabr 2015 17:08 (UTC +04:00)
Milli Məclisin 21 qadın deputatından 13-ü Yeni Azərbaycan Partiyasından seçilib.
Bahar Muradova: YAP qadınları Azərbaycanı beynəlxalq təşkilatlarda layiqincə təmsil edirlər

Bakı. Elçin Mehdiyev - Trend:

"Milli Məclisin 21 qadın deputatından 13-ü Yeni Azərbaycan Partiyasından seçilib. YAP qadınları ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər. Bizi millət vəkili adına ucaldan fəaliyyətlə yanaşı, həm də onun adına xələr gətirməməliyik".

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının Milli Məclisin YAP-dan seçilmiş qadın deputatları ilə görüşündə deyib.

B.Muradova bildirib ki, YAP qadınları Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər: "Onların həm partiya işində əldə etdiyi təcrübə, həm də qazandığı nailiyyətlər bir örnəkdir".

Vitse-spiker vurğulayıb ki, qadın millət vəkilləri ölkənin qadın korpusunu ləyaqətlə təmsil etməlidirlər: "Bu, çox şərəfli bir işdir".

B.Muradova qeyd edib ki, bu gün Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirməsi üçün yaratdığı şəraitdir: "Elə etməliyik ki, bizim fəaliyyətimiz Milli Məclisin fəaliyyətinə öz töhfəsini versin, Azərbaycanın vahid idarəetmə prinsiplərinə uyğun gəlsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti