...

Deputat: Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin pisləşməməsinə çalışır

Siyasət Materials 12 Yanvar 2016 07:03 (UTC +04:00)
Azərbaycanda manatın devalvasiyası ilə əlaqədar ölkədə süni qiymətin baş verməsinin qarşısı alınmalıdır.
Deputat: Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin pisləşməməsinə çalışır

Bakı. İlhamə İsabalayeva - Trend:

Manatın devalvasiyası ilə əlaqədar Azərbaycanda süni qiymət artımının qarşısı alınmalıdır. Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Trend-ə bildirib ki, süni qiymət artımının baş verməməsi üçün bu hallar tənzimlənməlidir.

Millət vəkili hazırda süni qiymət artımının qarşısını almaq üçün mübarizə aparıldığını da söyləyib.

Deputat qeyd edib ki, dünyada baş verən maliyyə böhranı şəraitində, digər tərəfdən, beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartların hökm sürdüyü bir dövrdə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin pisləşməməsinə, vəziyyətin sabit saxlanılmasına çalışır.

X.Kazımlı qeyd edib ki, amma bəzi işbazlar belə bir vəziyyətdən sui-istifadə edərək dövlətinə, xalqına qarşı riyakarlıq edir, qiymətləri süni olaraq qaldırırlar: "Ölkə Prezidenti, bütün nazirliklər əllərində olan imkanlarla bu riyakar niyyətin həyata keçməsinə yol vermir. Cənab Prezident də bununla əlaqədar nazirliklərə tapşırıqlarını verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti