...

Monteneqro prezidenti Azərbaycana gələcək

Siyasət Materials 25 Fevral 2016 11:32 (UTC +04:00)
Monteneqronun Prezidenti Azərbaycana gələcək.
Monteneqro prezidenti Azərbaycana gələcək

Bakı. Trend:

Monteneqronun Prezidenti Azərbaycana gələcək.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 10-11-də keçiriləcək.

Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir.

"Çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Bakıda keçirilən dördüncü forumdur. İlk forum 2013-cü ildə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti