...

Sarkisyanın Berlinə səfəri etirazla qarşılandı (FOTO,VİDEO)

Siyasət Materials 6 Aprel 2016 16:39 (UTC +04:00)
TEAS-dan Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə və Gürcüstan diasporlarının nümayəndələri də iştirak ediblər.
Sarkisyanın Berlinə səfəri etirazla qarşılandı (FOTO,VİDEO)

Bakı. Trend:

Aprelin 6-da Ermənistan Prezidenti Serj Sarkisyanın Almaniyaya işgüzar səfəri ilə bağlı etirazlarını bildirmək üçün Berlində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin təşkilatçılığı, Azərbaycan Tələbə Şəbəkəsi, Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin fəallarının dəstəyi ilə Federal Kanslerin qərargahı (Bundeskanzleramt) qarşısında etiraz aksiyası keçirilib.

TEAS-dan Trend-ə verilən məlumata görə, tədbirdə Türkiyə və Gürcüstan diasporlarının nümayəndələri də iştirak ediblər.

Nümayiş iştirakçıları beynəlxalq ictimaiyyəti Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyə məcbur etməyə çağırıblar. Burada beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarından çıxmayana qədər Ermənistana qarşı sanksiyaların tədbiq edilməsi məsələsi qaldırılıb. Federal Kansler Angela Merkelin nəyə görə Erməni təcavüzünün əsas təşəbbüskarlarından biri və Xocalı soyqırımına görə məsuliyyət daşıyan bir şəxslə görüşdüyü soruşulub.

TEAS-ın Almaniya ofisinin direktoru Şahin Namati-Nasab A.Merkelə məktub hazırlayaraq ona öncədən Ermənistanın Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və Ermənistanı ərazidən çıxmağa və hərbi əməliyyatları dayandırmağa çağıran dörd qətnaməsinə qarşı hörmətsiz yanaşmasını xatırlatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti