Təfərrüatlar əlavə olunub (ilk xəbər 12:55-də yayılıb)
Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan, İran və Rusiya bu ölkələrdən keçən nəqliyyat dəhlizlərinə, o cümlədən dəmir yolu şəbəkələrinə böyük önəm verirlər.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə keçirdiyi üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, aprelin 20-də Azərbaycan və İran arasındakı sərhəddə dəmir yolu körpüsünün tikintisinin başlama mərasimi baş tutacaq.
E.Məmmədyarov əlavə edib ki, nazirlər terrorla, narkotika ticarəti və qaçaqmalçılıqla mübarizə məsələlərinə toxunublar: "Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi də müzakirə olundu".