...

Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib

Siyasət Materials 7 Aprel 2016 14:00 (UTC +04:00)
Bakıda Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib.
Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bakıda Azərbaycan, Rusiya, İran XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə kommünike qəbul edilib.

Tərəflər qarşılıqlı hörmət, tərəfdaşlıq və bir-birinin daxili işinə qarışmamaq prinispi əsasında gələcəkdə əməkdaşlığı davam etdirməkdə razılığa gəliblər.

XİN rəhbərləri BMT-nin nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsip və normalarına əməl edilməsinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə regionda münaqişələrin həllinə sadiqlik də təsdiq olunub.

Azərbaycan, Rusiya, İran XİN rəhbərləri regionun sabitliyinə və təhlükəsizliyinə təhlükə törədən yeni çağırışlara qarşı mübarizənin gücləndirilməsini qeyd ediblər.

İqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və turizm məsələlərində üçtərəfli formatda əməkdaşlığın inkişafına sadiqlik təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti