...

Türklər və azərbaycanlılar ABŞ-da ermənilərin əsassız iddialarına qarşı aksiyalar keçirəcəklər

Siyasət Materials 22 Aprel 2016 09:45 (UTC +04:00)
Aprelin 24-də ABŞ-da yaşayan türklər ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına qarşı irimiqyaslı etiraz aksiyaları keçirəcəklər.
Türklər və azərbaycanlılar ABŞ-da ermənilərin əsassız iddialarına qarşı aksiyalar keçirəcəklər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Aprelin 24-də ABŞ-da yaşayan türklər ermənilərin 1915-ci il hadisələri ilə bağlı əsassız iddialarına qarşı irimiqyaslı etiraz aksiyaları keçirəcəklər.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyası Nyu York və digər böyük şəhərlərdə keçiriləcək.

Aksiyalarda azərbaycanlı, pakistanlı və ərəb icmalarının nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, ötən gün də türklər ABŞ-ın bir sıra şəhərlərində erməni iddialarına qarşı nümayişlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti