...

Azərbaycan-Argentina ikitərəfli münasibətləri zəngin gündəliyə malikdir

Siyasət Materials 30 Aprel 2016 13:20 (UTC +04:00)
Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov aprelin 29-da Argentinanın xarici işlər və etiqad naziri Susana Malkorra ilə görüşüb.
Azərbaycan-Argentina ikitərəfli münasibətləri zəngin gündəliyə malikdir

Bakı. Trend:

Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov aprelin 29-da Argentinanın xarici işlər və etiqad naziri Susana Malkorra ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.

İki ölkə arasında ikitərəfli münasibətlərin zəngin gündəliyə malik olduğu qeyd olunaraq, ölkələrimizin bu münasibətləri daha da inkişaf etdirmək potensialında olduğu söylənilib. Görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin mühümlüyü vurğulanıb, əlaqələrin inkişaf etdirilməsində, o cümlədən iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsində hər iki maraqlı olduğu qeyd olunub.

Ermənistan-Azərbaycan münaqişəsi, habelə ölkəmizin yerləşdiyi regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti