...

Tehranda qondarma "erməni soyqırımı" ilə bağlı aksiya keçirilməyib

Siyasət Materials 2 May 2016 10:08 (UTC +04:00)
Tehranda qondarma "erməni soyqırımı"nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməyib.
Tehranda qondarma "erməni soyqırımı" ilə bağlı aksiya keçirilməyib

Bakı. Trend:

Tehranda qondarma "erməni soyqırımı"nın 101-ci ildönümü ilə bağlı aksiya keçirilməyib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsinin müdiri Məhəmmədrza Nəcəfi bildirib.

O bildirib ki, Tehranda ermənilərin aksiya keçirmələri və Azərbaycan əleyhinə şüarlar səsləndirmələri barədə xəbərlər əsassızdır.

M.Nəcəfi deyib: "Bu xəbərlər günü-gündən artan Tehran-Bakı münasibətlərinə kölgə salmaq məqsədi daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti