...

DTX-nin Nardaran bölməsinin yeni inzibati binası açılıb

Siyasət Materials 16 May 2016 17:30 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binasının açılışı olub.
DTX-nin Nardaran bölməsinin yeni inzibati binası açılıb

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin yeni inzibati binasının açılışı olub.

Azərbaycanda quruculuğa, tikinti və abadlığa daim xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, amalı tərəqqi və yeniləşmə olan Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə müasirləşir və qüdrətlənir. Sürətlə inkişaf edən respublikamızın bütün şəhər və qəsəbələrində quruculuq və abadlıq işləri geniş vüsət alıb. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Sabunçu rayon idarəsinin Nardaran bölməsinin müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsi də bu işlərin tərkib hissəsidir.

Trend DTX-nin saytına istinadən məlumat verir ki, bölmənin inzibati binasında yaradılan iş şəraiti və maddi-texniki baza müasir standartlar səviyyəsindədir, xalqımızın və dövlətçiliyimizin təhlükəsizliyinin təminatı istiqamətində qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün butün imkanlar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti