...

Türkiyə XİN: Roma Papasının bəyanatı Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə vermir

Siyasət Materials 27 İyun 2016 15:55 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Roma Papası Fransiskin bəyanatına münasibət bildirib.
Türkiyə XİN: Roma Papasının bəyanatı Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə vermir

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Roma Papası Fransiskin Ermənistandakı bəyanatına münasibət bildirib.

Trend-in məlumatına görə, XİN-in yaydığı bəyanatda deyilir:

"Biz təəssüf hissi ilə müşahidə etdik ki, Roma Papası Fransiskin Ermənistana səfəri indiki mürəkkəb vəziyyətdə Cənubi Qafqazın ehtiyacı olduğu sülh və təhlükəsizliyə töhfə vermir".

Bəyatanda qeyd olunur ki, Papanın səfər zamanı qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməsi, erməni katolikosu ilə birgə bəyanatı onun 1915-ci il hadisələri ilə bağlı erməni yalanlarına bağlılığını nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti