...

İlham Əliyev Filippin Prezidentini təbrik edib

Siyasət Materials 30 İyun 2016 16:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Rodriqo Duterteyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Filippin Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Rodriqo Duterteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Filippin Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti