...

Referendum öncəsi təşviqat başlayır

Siyasət Materials 3 Sentyabr 2016 08:00 (UTC +04:00)
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar təşviqat bu gündən başlayır.
Referendum öncəsi təşviqat başlayır

Bakı. Elçin Mehdiyev – Trend:

Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar təşviqat bu gündən başlayır.

Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, təşviqat sentyabr ayının 3-də başlayır.

Təşviqat sentyabr ayının 25-i, saat 08:00-da başa çatır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti