Bakı. Trend:
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı və Azərbaycan Ukrayna Konqresi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Trend-in məlumatına görə, memorandum tərəfdaş münasibətlərin qurulması, uzunmüddətli və səmərəli əməkdaşlığın inkişafını nəzərdə tutur.
Ukrayna Konqresinin İdarə Heyətinin sədri Yuri Osadçenko və "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov birgə layihələrin reallaşdırılması proqramlarını müzakirə ediblər və öz fəaliyyətləri, eləcə də Azərbaycan və Ukrayna arasında ticari-iqtisadi münasibətlər və təhsil sahəsində əlaqələrin inkişafına yönəilmiş daimi təmasları dəstəkləmək barədə razılığa gəliblər.