...

Ehtiyatda olan polkovnik: Regiondakı hərbi qüvvələr balansı Azərbaycanın xeyrinədir

Siyasət Materials 17 Sentyabr 2016 14:45 (UTC +04:00)
Azərbaycan Ordusunun görəcəyi adekvat tədbirlər daxili siyasi zidiyyətlər və iqtisadi böhran içərisində olan Ermənistanın tam iflasına gətirib çıxara bilər.
Ehtiyatda olan polkovnik: Regiondakı hərbi qüvvələr balansı Azərbaycanın xeyrinədir

Bakı. Trend:

“İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) hətta Ermənistana məxsus olmasını ehtimal etsək belə, yenə də bu, regiondakı hərbi qüvvələr balansının Azərbaycanın xeyrinə olmasına mane törədə bilməyəcək.

Bu barədə Trend-ə Ermənistanın müstəqilliyinə həsr olunmuş hərbi parada hazırlıq məqsədilə keçirilən məşqlərdə “İsgəndər” komplekslərinin nümayiş etdirilməsini şərh edərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası və silahları keyfiyyət və kəmiyyət baxımından Ermənistan tərəfini xeyli üstələyir: "Ordumuzun silahlanmasındakı minlərlə müxtəlif hücum və müdafiə sistemləri dağıdıcı xarakterinə və məhvetmə xüsusiyyətinə görə ölkəmizə təhlükə mənbəyi ola biləcək istənilən hərbi obyektləri darmadağın etmək qabiliyyətindədir".

Ş.Ramaldanov əlavə edib ki, ölkəmizə qarşı yönələn istənilən təhdidə daha sərt və qəti cavab vermək imkanına malik Azərbaycan Ordusunun görəcəyi adekvat tədbirlər daxili siyasi zidiyyətlər və iqtisadi böhran içərisində olan Ermənistanın tam iflasına gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti