...

Azərbaycan Ordusu yerli istehsal olan yeni növ PUA-larla təmin ediləcək (FOTO)

Siyasət Materials 27 Sentyabr 2016 18:05 (UTC +04:00)
Silahlı Qüvvələr yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək
Azərbaycan Ordusu yerli istehsal olan yeni növ PUA-larla təmin ediləcək (FOTO)

Bakı. Trend:

Silahlı Qüvvələr yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatları ilə təmin ediləcək.

Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verir ki, sentyabrın 27-də Bakı Ekspo Mərkəzində "ADEX 2016" II Azərbaycan Beynəlxalq Müdafiə sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları (PUA) ilə təmin edilməsi haqqında anlaşma memorandumu imzalanıb.

Sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli "Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti