Bakı. Yelena Kosolapova – Trend:
Hazırda dünyada ikinci dünya müharibəsindən sonra ən böyük qaçqın sayı müşahidə olunur. Trend-in məlumatına görə, bunu BMT baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqov V Bakı Beynəlxalq Humanitar Forumunda deyib.
Onun sözlərinə görə, onların sayı artmaqda davam edir, milyonlarla insan hər il yaxşı həyat şəraiti axtarışında sərhədləri keçir.
R.Xaliqov həmçinin xatırladıb ki, ötən həftə Nyu-Yorkda qaçqınlar üzrə yeni bəyannamə qəbul edilib və iştirakçı ölkələrin onun müddəalarının yerinə yetirilməsi üzrə öhdəlikləri var.