Bakı. Anaxanım Hidayətova - Trend:.
NATO Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyinə ümid edir.
Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Twitter" mikrobloqunda yazıb.
C.Appaturay həmçinin ölkənin müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.