...

Alyans sədri: Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da genişləndirilməlidir (FOTO)

Siyasət Materials 3 Noyabr 2016 10:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da genişləndirilməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov İvan Franko adına Lvov Milli Universitetinin rektoru Vladimir Melniklə görüşündə deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan və Ukrayna arasında siyasi, iqtisadi və sosial sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan və Ukraynanın tərəfdaş ölkə olduğunu qeyd edən Alyans sədri bildirib ki, Azərbaycan vətəndaşlarının Ukraynada təhsil almasına maraq getdikcə artır.

V.Melnik, öz növbəsində, rəhbərlik etdiyi təhsil müəssisəsində Azərbaycan vətəndaşlarının daha çox təhsil almasında maraqlı olduğunu deyib:

"İvan Franko adına Lvov Milli Universiteti Avropanın qədim təhsil ocaqlarından biridir. Düşünürəm ki, burada təhsil alan hər bir azərbaycanlı yiyələndiyi savadla ölkəsinə böyük töhfələr verir".

Görüşün sonunda V.Melnik Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının fəxri üzvü seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti