...

Türkiyə səfiri: Azərbaycana təşəkkürümüzü bildiririk

Siyasət Materials 13 Dekabr 2016 16:05 (UTC +04:00)
“Terrorla mübarizədə Azərbaycan Türkiyəyə dəstək göstərir, buna görə biz Azərbaycana öz təşəkkürümüzü bildiririk”.
Türkiyə səfiri: Azərbaycana təşəkkürümüzü bildiririk

Elçin Mehdiyev - Trend:

“Terrorla mübarizədə Azərbaycan Türkiyəyə dəstək göstərir, buna görə biz Azərbaycana öz təşəkkürümüzü bildiririk”.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib.

Səfir bildirib ki, terrorla mübarizə çox vacibdir: “Terrorla mübarizə aparmaq lazımdır. “Mənə toxunmurlar” deyib, kənarda dayanmaq olmaz, hər kəs terrorla mübarizə aparmalıdır. Bu gün terrorizmə dəstək verənlər sabah terrorun qurbanı olacaqlar”.

Diplomat bildirib ki, Türkiyədə baş verən sonuncu terror aktı ilə bağlı dekabrın 14-də Türkiyənın Bakıdakı səfirliyində xatirə dəftəri açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti