İƏT Parlament İttifaqı konfransında Azərbaycanla bağlı 3 qətnamə qəbul olunub (FOTO)

İƏT Parlament İttifaqı konfransında Azərbaycanla bağlı 3 qətnamə qəbul olunub  (FOTO)

Bakı. Trend:

Yanvarın 23-dən 28-dək Malinin paytaxtı Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) konfransının 12-ci sessiyası keçirilib. Trend-in məlumatına görə, konfrans çərçivəsində İƏTPİ daimi ixtisaslaşmış komitələrinin iclasları olub.

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İƏT Parlament İttifaqı konfransının on ikinci sessiyasında və daimi komitələrinin iclaslarında iştirak ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva sessiyada müzakirə olunan məsələlər, Azərbaycanla bağlı qəbul edilən qətnamələr barədə məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də İƏTPİ İcraiyyə Komitəsinin 37-ci iclasında iştirak edib. İclasda komitənin yeni tərkibi müəyyənləşdirilib. Azərbaycan İcraiyyə Komitəsinə üzv seçilib.

Təşkilatın siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin yanvarın 24-də keçirilmiş iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş üç qətnamə layihəsi – Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına dair, İƏTPİ ilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığa dair qətnamə layihələri müzakirə edilib. Hər üç qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, komitə iclasında qəbul olunub və İƏTPİ Konfransının 12-ci sessiyasında təsdiqlənib.

Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırımı kimi bir daha tanıyıb və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırıb. Habelə, Parlament İttifaqı “Xocalıya ədalət!” kampaniyasını dəstəklədiyini bir daha təsdiqləyib.

G.Baxşəliyeva yanvarın 25-də müsəlman qadın parlamentarilərin altıncı iclasında da iştirak edib. Ertəsi gün Azərbaycan nümayəndə heyəti İƏTPİ Ümumi Komitəsinin sessiyasına qatılıb. Yanvarın 26-da yekun kommunikenin hazırlanması üçün açıq iclas keçirilib və sənədin mətni müzakirələrdən sonra qəbul edilib. Milli Məclisin nümayəndə heyəti yekun kommunikeyə Azərbaycan haqqında maddənin salınmasına nail olub.

G.Baxşəliyeva konfransın yanvarın 28-də keçirilən yekun sessiyasında məruzə ilə çıxış edib. O, vurğulayıb ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Bunun İƏT üçün də böyük əhəmiyyəti var. Çünki bu təşkilatın əsas fəaliyyəti İslam həmrəyliyi üzərində qurulub. Azərbaycanlı deputat bu qərarın müsəlman aləminin problemlərinin, münaqişələrin həllində, İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verəcəyinə əminliyini bildirib. İştirakçıların diqqətinə çatdırılıb ki, bu ilin mayında Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu tədbir də müsəlman aləminin birləşməsində və həmrəyliyində böyük rol oynayacaq.

Milli Məclisin nümayəndə heyətinin rəhbəri Xocalı faciəsi haqqında məlumat verib, insanlığa qarşı yönəlmiş bu cinayətin səbəblərindən və acı nəticələrindən danışıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədilib, 613 dinc sakin qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, mindən çox insan əlil olub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarını məlumatlandıran G.Baxşəliyeva Ermənistanın Azərbaycana hərbi təcavüz etdiyini, ölkəmizin ərazisinin 20 faizindən artıq hissəsinin işğal olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu təcavüz nəticəsində bir milyondan çox insan ev-eşiyindən didərgin düşüb, 20 min azərbaycanlı həlak olub, 150 min nəfər yaralanıb və ya müxtəlif dərəcəli xəsarət alıb, 4 mindən çox insan itkin düşüb. O, Ermənistan tərəfindən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğal olunduğunu, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparıldığını, həmçinin İslam abidələrinin, müqəddəs yerlərin və məscidlərin, mədəni irs nümunələrinin yerlə-yeksan edildiyini vurğulayıb. Bildirib ki, bu, təkcə Azərbaycana qarşı yox, həm də bütün müsəlman aləminə qarşı cinayətdir. G.Baxşəliyeva bəşəriyyəti və bütün müsəlmanları bu cinayətlərə biganə qalmamağa çağırıb.

Vurğulanıb ki, Azərbaycan, həmçinin 1990-cı illərin əvvəllərində erməni terror təşkilatları tərəfindən törədilən 30-dan çox terror aktına məruz qalıb, çoxsaylı insan bu cinayətlərin qurbanı olub.

G.Baxşəliyeva çıxışını bu sözlərlə yekunlaşdırıb: “Müsəlman xalqları öz hüquqlarının və haqq işinin müdafiəsi, dünya birliyində özlərinə layiqli yer tutmaları, baş verən fəlakətlərin bitməsi üçün İƏT ətrafında daha sıx birləşməlidirlər. Əminəm ki, bu, bizim gücümüzü və qətiyyətimizi daha da artıracaq”.

Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Bütün xəbərlər