...

Əli Əhmədov: Lapşinin ekstradisiyası Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edir

Siyasət Materials 8 Fevral 2017 13:32 (UTC +04:00)
Lapşinin ekstradisiyası Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edir
Əli Əhmədov: Lapşinin ekstradisiyası Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edir

Bakı. Elçin Mehdiyev – Trend:

"2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Azərbaycanın öz dövlət maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir".

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyini, beynəlxalq hüquq normalarını pozan insanlara qarşı həmişə birmənalı mövqeyini ortaya qoyub:

Aleksandr Lapşin Azərbaycana gətirildi (FOTO)

Aleksandr Lapşin Azərbaycana gətirildi (FOTO)

"Bu mövqe nəticəsində cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə nail ola biləcəyik. Azərbaycan dövləti kifayət qədər qətiyyətli siyasi iradəsini nümayiş etdirə bilir. Lapşinin Azərbaycana gətirilməsi Azərbaycanın siyasi iradəsini, dövlət mapraqlarını qorumaq naminə ən cəsarətli addımlar atmaq iradəsini ortaya qoyub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti