...

Nazir: Azərbaycan torpaqlarını azad edənədək Ermənistan regional əməkdaşlıqdan kənar qalacaq

Siyasət Materials 17 Fevral 2017 14:46 (UTC +04:00)
Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə Ermənistan regional iqtisadi əməkdaşlıqdan kənar qalacaq
Nazir: Azərbaycan torpaqlarını azad edənədək Ermənistan regional əməkdaşlıqdan kənar qalacaq

Bakı. Trend:

Azərbaycan torpaqları işğal altında qaldığı müddətdə Ermənistan regional iqtisadi əməkdaşlıqdan kənar qalacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan-Gürcüstan formatında keçirilən beşinci biznes-forum zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, regionda sabitliyi pozan, işğalçı siyasət həyata keçirən və qonşu ölkələrə qarşı torpaq iddiaları olan Ermənistan hər zaman iqtisadi və siyasi əməkdaşlıqdan kənar qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti