...

Milli Məclisin nümayəndə heyəti Çexiyaya səfər edib (FOTO)

Siyasət Materials 27 Aprel 2017 13:00 (UTC +04:00)
Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyaya səfər edib.
Milli Məclisin nümayəndə heyəti Çexiyaya səfər edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Eldar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyaya səfər edib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, 23-26 aprel tarixlərində Milli Məclisinin Aqrar siyasəti komitəsinin sədri E.İbrahimovun rəhbərliyi ilə komitə üzvləri Mahir Aslanov, İqbal Məmmədov və Elçin Quliyev Çexiyaya rəsmi səfər ediblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çexiyanın Deputatlar Palatasının sədr müavinləri Radek Vondraçek və Voytek Filip, Çexiya Senatının Kənd təsərrüfatı, nəqliyyat və milli iqtisadiyyat üzrə komitənin sədri Yan Hayda, Çexiya Parlamentinin Kənd Təsərrüfatı komitəsinin sədr müavini Ladislav Velebni və Çexiyanın Dövlət Aqrar Müdaxilə Fondunun (ÇDAF) direktor müavini Miloş İrovski ilə görüşlər keçirib, həmçinin Çexiyanın aqrar sahəsində fəaliyyət göstərən “Petrovitse” təsərrüfat müəssisəsinə səfər ediblər.

Çexiyanın Deputatlar Palatasının sədr müavinləri R.Vondraçek və V.Filip ilə keçirilən görüşlərdə Azərbaycan-Çexiya əlaqələri, hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Çexiyanın Kənd Təsərrüfatı Nazirinin müavini İrji Şir, Çexiya Senatının Kənd təsərrüfatı, nəqliyyat və milli iqtisadiyyat üzrə komitəsinin sədri Yan Hayda və Çexiya Parlamentinin Kənd Təsərrüfatı komitəsinin sədr müavini Ladislav Velebni ilə keçirilən görüşlərdə hər iki ölkənin kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, qəbul edilmiş qanun və normativ aktlar haqqında məsələlər, eləcə də hər iki ölkənin parlamentlərinin aqrar siyasəti üzrə komitələr arasında gündəmdə olan aktual məsələlər üzrə müzakirələr aparılıb.

Çexiyanın Dövlət Aqrar Müdaxilə Fondunun (ÇDAF) direktor müavini Miloş İrovski ilə keçirilən görüşdə Fondun Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələsi müzakirə edilib. Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində həmçinin Çexiyanın “Petrovitse” müəssisəsini ziyarət edib və qurumun fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti