...

Deputat: AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür

Siyasət Materials 29 Aprel 2017 08:51 (UTC +04:00)
"Avropa Şurası Parlament Assambleyasının Türkiyəni yenidən manitorinq altına almaqla bağlı qərarı əsası olmayan, ədalətsiz, qərəzli qərar olub”. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Deputat: AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarı əsası olmayan, ədalətsiz, qərəzli qərardır.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu qərar Türkiyəyə təzyiq etmək məqsədi güdür. Onun sözlərinə görə, bəzi dairələr Türkiyəni güclü və sabit görməkdə maraqlı deyillər: “Onlar Türkiyəni daim anarxiya içində görmək istəyirlər. Türkiyə bu qərarı qəbul etməz və cavabını verəcək".

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti