...

Bakıda ekspertlər Rusiya-Azərbaycan münasibətlərini müzakirə edir (FOTO)

Siyasət Materials 20 İyun 2017 13:06
Bu gün Bakıda “Rusiya və Azərbaycan gəncliyi: ənənəvi dəyərlər – gələcəyə istiqamətlənmə” adlı ekspert iclası keçirilir.
Bakıda ekspertlər Rusiya-Azərbaycan münasibətlərini müzakirə edir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Səba Ağayeva - Trend:

Bu gün Bakıda “Rusiya və Azərbaycan gəncliyi: ənənəvi dəyərlər – gələcəyə istiqamətlənmə” adlı ekspert iclası keçirilir.

Trend-in məlumatına görə, tədbir bu ilin payızında Moskvada planlaşdırılan “Avrasiya ölkələrinin gənc liderlərinin forumu” layihəsi çərçivəsində keçirilir.

Tədbirin təşkilatçıları “Şimal-Cənub” Politologiya Mərkəzi və “Baku Network” Ekspert Şurasıdır.

İclasda Rusiya Dövlət Dumasının deputatının köməkçisi Ramin Qasımov, “İrəli” İctmai Birliyinin rəhbəri Mirhəsən Seyidov, Rusiya Xalqlarının Assambleyasının sədr müavini Venali Amelin, “Baku Network”un rəhbəri Elxan Ələsgərov, politoloq Tofiq Abbasov, Perspektiv Araşdırmalar Mərkəzinin rəhbəri Sergey Masaulov, “Baku Network” Ekspert Şurasının direktor müavini Gülnarə Məmmədzadə, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Rostov vilayətinin Dövlət arxivinin direktoru Nikolay Trapş, Lomonosov adına Moskva Dövlət Universitetinin informasiya-analitika mərkəzinin baş redaktor müavini Darya Çijova, Rusiyanın Azərbaycandakı səfirliyinin müavini Artyom Barkov, “Nauka i religiya” jurnalının baş redaktoru Sergey Antonenko, Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin baş müşaviri Valeri Çernışov, azərbaycanlı politoloqlar və ekspertlər, gənclər təşkilatlarının nümayəndələri, tələbələr və jurnalistlər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən “Şimal-Cənub” Politologiya Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova təşkilatçılığa görə “Baku Network”a təşəkkürünü bildirib.

“Baku Network”un rəhbəri E.Ələsgərov iclasın iştirakçılarını salamlayaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlər çoxvektorludur. O əmin olduğunu bildirib ki, yeni nəsil əsrlər boyunca yaradılan ənənələri qoruyub saxlayacaq və münasibətlərin genişlənməsinə yeni təkan verəcək.

Rusiya Dövlət Dumasının deputatının köməkçisi R.Qasımov qeyd edib ki, iki ölkə arasındakı bugünkü münasibətlər tarix kontekstə əsaslanır.

İclas iştirakçılarının hesabatlarının əsas mövzuları “Pravoslavlıq və İslam: Avrasiya gəncliyinin konstruktiv dialoq təcrübəsi”, “İnternet məkanı – ekstremizmə müqavimət bölgəsi”, “Postsovet ölkələrində məzhəbləşmənin çağırışları və dini maariflənmənin problemləri”, “Rusiya və Azərbaycan gəncliyi: ənənəvi dəyərlər – gələcəyə istiqamətlənmə” olub.

Tədbirdə çıxış edən azərbaycanlı politoloq T.Abbasov qeyd edib ki, Azərbaycan tarixən multikulturalizmin prioritet olduğu ölkə olub.

Onun sözlərinə görə, Azərbaycan hər zaman tolerantlıq məkanı kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti