Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfir A.Buranov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
E.Məmmədyarov səfir A.Buranova gələcək fəaliyyətində uğurlar arzu edib.