...

Ərdoğan: TANAP və digər layihələr sayəsində Türkiyə regionun enerji mərkəzinə çevrilir

Siyasət Materials 10 İyul 2017 16:03 (UTC +04:00)
TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi vacib layihələr sayəsində Türkiyə regionun mühüm enerji mərkəzinə çevrilir
Ərdoğan: TANAP və digər layihələr sayəsində Türkiyə regionun enerji mərkəzinə çevrilir

Bakı. Rufiz Hafizoğlu - Trend:

TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi vacib layihələr sayəsində Türkiyə regionun mühüm enerji mərkəzinə çevrilir.

Trend-in məlumatına görə, bunu İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, enerji ehtiyatları günümüzdə münaqişə səbəbinə çevrilib, amma Türkiyə ilk gündən bu məsələnin dialoq mövzusu olması üçün çalışır.

R.T.Ərdoğan deyib ki, Akkuyu və Sinop Atom Elektrik Stansiyaları sayəsində Türkiyə xaricdən enerji asılılığını azaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti