...

Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında danışıqların tarixi açıqlanıb (ÖZƏL)

Siyasət Materials 19 Sentyabr 2017 17:05 (UTC +04:00)
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişin ticarət və digər sahələri üzrə danışıqlar gələn həftə Brüsseldə keçiriləcək
Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında danışıqların tarixi açıqlanıb (ÖZƏL)

Bakı. Maksim Tsurkov, Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişin ticarət və digər sahələri üzrə danışıqlar gələn həftə Brüsseldə keçiriləcək.

Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib.

O qeyd edib ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşıdır: “Biz münasibətlərimizi daha da yaxşılaşdırmaq və yeni ikitərəfli saziş çərçivəsində bütün potensialımızdan istifadə etmək istəyirik”.

K.Yankauskas xatırladıb ki, Aİ Şurasının prezidenti Donald Tusk və Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevralında Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların başlayacağını elan etmişdi: “Danışıqlar davam edir və həm Bakıda, həm də Brüsseldə, eləcə də videokonfranslar vasitəsilə heç bir ləngimə olmadan daimi əsasda proses davam etdirilir”.

Aİ nümayəndəliyinin rəhbəri onu da deyib ki, bu günədək müzakirələr konstruktiv məcrada davam edib və hər iki tərəf sazişin qəbul olunması üçün güclü iradə nümayiş etdirir: “Biz danışıqların növbəti plenar raunduna hazırlaşırıq. Bu danışıqlar yaxın zamanlarda baş tutacaq və biz əminik ki, danışıqlar prosesindəki müsbət mühit qorunub saxlanacaq. Həm Bakı, həm də Brüssel hər iki tərəfə xeyir gətirəcək, Aİ ilə Azərbaycan arasında münasibətlərin xarakterini daha yaxşı əks etdirəcək və tərəflər arasında mövcud hüquqi əsasları yeniləyəcək sazişin əldə edilməsində maraqlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti