...

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub (FOTO)

Siyasət Materials 21 Sentyabr 2017 10:41 (UTC +04:00)
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.
Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi icra olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti