...

Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini Boliviya dövlət başçısına təqdim edib

Siyasət Materials 5 Oktyabr 2017 10:05 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymaya təqdim edib.
Azərbaycanın Argentinadakı səfiri etimadnaməsini Boliviya dövlət başçısına təqdim edib

Bakı. Trend:

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymaya təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

Prezident E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Prezident E.Moralesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti