...

Azərbaycan və Almaniya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub

Siyasət Materials 26 Oktyabr 2017 17:47 (UTC +04:00)
Bakıda hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib
Azərbaycan və Almaniya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakıda hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti