...

Türkiyənin müdafiə naziri: Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir (ÖZƏL)

Siyasət Materials 28 Oktyabr 2017 19:02 (UTC +04:00)
Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir.
Türkiyənin müdafiə naziri: Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan xalqının hər hansı tələbi Türkiyə üçün əmrdir.

Bunu Trend-ə özəl olaraq Bakıda keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında iştirak etmək üçün ölkəmizə səfəri əsnasında Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir qeyd edib ki, torpaqların azad olunması üçün güclü dövlət olmaqla yanaşı, ölkənin müdafiə və hərbi sistemini də gücləndirmək lazımdır: "İşğal altındakı Azərbaycan torpaqları gec-tez azad olunacaq".

N.Canikli bildirib: “Hamı bilsin ki, Azərbaycan və Türkiyə hərbi qüvvələri bu vaxta qədər bir-birlərinə lazımi dəstək verib və bundan sonra da dəstək veriləcək.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bütün sahələri əhatə edən əməkdaşlığın gücləndirilməsi üçün xüsusi bir sazişə ehtiyac yoxdur: "Azərbaycan və Türkiyə bir-birlərinə hər cür dəstək göstərir. Azərbaycan xalqının hər hansı bir tələbi Türkiyə üçün əmrdir. Eyni zamanda, Azərbaycan da Türkiyədən hər hansı bir tələb olduqda əlindən gələni yerinə yetirir”.

N.Canikli qeyd edib ki, Türkiyə və Azərbaycanın bir-birinə ehtiyacı var və hər iki dövlət öz səylərini müxtəlif sahələrdə birləşdirirlər: "Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" olduqları üçün Azərbaycanın gücü Türkiyənin gücüdür”.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə bundan sonra da birgə hərbi təlimlərin keçirilməsinə ciddi önəm verəcək: "Hər iki ölkədə müdafiə sənayesini inkişaf etdirmək və bir-birimizə dəstək vermək çox önəmlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti