...

Deputat: Prezident İlham Əiyevin Aİ ilə bağlı yürütdüyü siyasət nəticəsini verdi

Siyasət Materials 25 Noyabr 2017 12:32
Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşündə Azərbaycan üçün ən önəmli məsələlərdən biri yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə münasibət idi.
Deputat: Prezident İlham Əiyevin Aİ ilə bağlı yürütdüyü siyasət nəticəsini verdi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşündə Azərbaycan üçün ən önəmli məsələlərdən biri yekun sənəddə Azərbaycanın ərazi bütövlüyünə münasibət idi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, 2 il öncə Riqa sammitində yekun sənəddə Azərbaycanın maraqlarına zidd yanaşma olmuşdu: "Həmin sammitdə Ukrayna və Gürcüstanın ərazi bütövlüyü tanınsa da, Azərbaycanla bağlı bu yanaşma olmamışdı. Lakin həmin sammitdən sonra Prezident İlham Əiyevin Avropa İttifaqı ilə apardığı danışıqlar, yürütdüyü siyasət və bütövlükdə Azərbaycanın Avropa İttifaqı ilə apardığı siyasət nəticəsini verdi. Bu da olduqca vacib məqamlardan biridir".

E.Nəsirov bildirib ki, Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıması və sammitin yekun sənədində göstərilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin daha bir diplomatik uğurudur: "Qəbul edilən yekun sənəd Azərbaycanın maraqlarına uyğundur və beynəlxalq hüquq normalarına söykənən bir sənəddir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti