...

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə sədr təyin edilib

Siyasət Materials 26 Dekabr 2017 13:16 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Fəxri Kazımovun İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti