...

Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında yenilənmiş tərkibdə iştirak edəcək

Siyasət Materials 5 Yanvar 2018 14:12 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında iştirak edəcək.
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında yenilənmiş tərkibdə iştirak edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında iştirak edəcək.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu AŞPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar: "Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir".

S.Seyidov deyib ki, Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib: "Deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti