...

Azərbaycan AŞ PA-nın monitorinq prosedurunu dəyişdirməyi təklif edir (YENİLƏNİB)

Siyasət Materials 25 Yanvar 2018 20:19 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) monitorinq prosedurunu dəyişdirmək lazımdır.
Azərbaycan AŞ PA-nın monitorinq prosedurunu dəyişdirməyi təklif edir (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həyata keçirdiyi monitorinq prosedurunu dəyişdirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov AŞ PA-nın qış sessiyasında deyib.

S.Seyidov deyib: "Avropa Şurasının Parlament Assambleyasında selektiv yanaşmanın parlaq nümunəsini görürük. Bəzi ölkələr üçün monitorinq aparılır, kim üçünsə belə monitorinqlər həyata keçirilmir. Biz ciddi işləmək istəyirik. Fərqli yanaşma ilə hərəkət etmək istəmirik. Monitorinq prosedurunun özünü necə dəyişdirmək lazım olduğunu düşünməliyik".

Qeyd edək ki, AŞ PA 1993-cü ildən etibarən monitorinqlər keçirir.

Monitorinqin məqsədi üzv ölkələrin qanunun aliliyi, parlament demokratiyası və insan hüquqlarının qorunması prinsipləri kimi Avropa Şurasının standartlarına uyğun hüquqi və siyasi çərçivədə fəaliyyətinə əmin olmaqdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti